Ağdaşda avtomobil hasara çırpılıb, iki bacı ölüb, ata və oğul ağır xəsarət alıb - YENİLƏNİB

Ağdaşda avtomobil hasara çırpılıb, iki bacı ölüb, ata və oğul ağır xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 29 noyabr 2015 20:49 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda iki nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə noyabrın 29-da axşam saatlarında Ağdaşın Türyançay kəndində qeydə alınıb.

Ağdaş sakini, 1989-cu il təvəllüdlü Əliyev Əfqan Elton oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı daş hasara çırpılıb.

Nəticədə sürücü Əfqan Əliyev, onun atası 1962-ci il təvəllüdlü Əliyev Elton Cəlal oğlu, onun qaynanası 1948-ci il təvəllüdlü Quliyeva Fatimə Qabil qızı, bacısı 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı və ailənin qohumu, 1966-cı il təvəllüdlü Fərzəliyeva Ruhəngiz Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Südabə Quliyeva hadisə yerində, bacısı Fatma Quliyeva isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər 3 yaralı isə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Ruhəngiz Fərzəliyeva və Elton Əliyev hazırda koma vəziyyətindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik tam məlum deyil.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

saat 21.19

Bakı-APA. Ağdaşda yol qəzası nəticəsində bir nəfər ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Ağdaş rayonunun Türyançay kəndində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Nəticədə maşında olan 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı hadisə yerində ölüb.

Onun meyitini avtomobildən FHN-nin xilasetmə qüvvələri tərəfindən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR