AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub

AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi təyin olunub
# 09 dekabr 2015 09:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. AŞPA Monitorinq Komitəsində Azərbaycan üzrə yeni həmməruzəçi təyin olunub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, yeni həmməruzəçi avstriyalı deputat Stefan Şennakdır.

O, Polşa təmsilçisi Tadeuş İvinskini əvəzləyəcək.

Qeyd edək ki, oktyabrın 25-də Polşada keçirilən parlament seçkilərində T. İvinski parlamentin üzvü seçilməyib. Bu səbəbdən o, məruzəçi postundan vaxtından əvvəl avtomatik istefaya gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR