“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi yaradılıb

“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi yaradılıb
# 23 dekabr 2015 15:08 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Liberal-Demokrat Partiyasının (ALDP) qərargahında “Azadlıq-2015” seçki blokunun təsisçiləri arasında görüş keçirilib.

Blokdan APA-ya verilən məlumata görə, qarşılıqlı münasibətlərin tənzimlənməsinə dair məsələnin müzakirəsinin yekununda 6 partiyanın iştirakı ilə “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin yaradılması qərara alınıb.

Görüşün sonunda "Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi adından bəyanat qəbul edilib.

Bəyanatda hakimiyyət-müxalifət dialoqunun tezliklə bərpa olunmasının və ölkənin üzləşdiyi problemlərin məhsuldar müzakirələr yolu ilə həlli yollarının tapılmasının zəruriliyi vurğulanır.

Mərkəzə Vətəndaş və İnkişaf Partiyasının (VİP), Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP), Azadlıq Partiyasının, Böyük Azərbaycan Partiyasının (BAP) və ALDP daxildir.

AXP sədri Pənah Hüseyn isə APA-ya mərkəzdə iştirak etməməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, AXP parlament seçkilərindən sonra yaradılan birliklərdə iştirak etməmək haqqında qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR