Azərbaycan ərazisində şaxtalı hava davam edəcək, Bakıda -5 dərəcə şaxta olacaq

Azərbaycan ərazisində şaxtalı hava davam edəcək, Bakıda -5 dərəcə şaxta olacaq
# 27 yanvar 2016 09:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz mülayim cənub küləyi arabir güclənəcək.

Abşeron yarımadasında gecə 1-6 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

Bakı və Abşeron yarımadasında gecə və səhər yollar buz bağlayacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Temperatur gecə 4-9 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR