Nikaraquada göyərtəsində narkotik maddə olan təyyarə qəzaya uğrayıb

Nikaraquada göyərtəsində narkotik maddə olan təyyarə qəzaya uğrayıb
# 13 yanvar 2016 23:31 (UTC +04:00)

Bakı-APA. Nikaraquanın Tonala bölgəsində göyərtəsində 90 kiloqrama yaxın kokain olan yüngül motorlu təyyarə qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Təyyarənin Kosta-Rikanın San-Xose şəhərindən havaya qalxdığı bəlli olub. Hadisə yerində çəkisi 90 kiloqrama yaxın 83 paket kokain aşkarlanıb.

İlkin məlumata əsasən, təyyarədə olan 2 nəfər hadisə yerindən qaçıblar. Hazırda onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR