Ermənilərin atəşkəsi pozması nəticəsində biri uşaq olmaqla daha iki mülki şəxsi yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində biri uşaq olmaqla daha iki mülki şəxsi yaralanıb
# 02 aprel 2016 21:54 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı-APA. Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.

Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR