İranda sel və daşqınlar zamanı ölənlərin sayı açıqlanıb

İranda sel və daşqınlar zamanı ölənlərin sayı açıqlanıb
# 16 aprel 2016 14:42 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. İranda sel və daşqınlar zamanı ölənlərin sayı açıqlanıb.


APA-nın Tehran bürosunun məlumatına görə, ötən günlər ərzində İranın 9 əyalətində baş vermiş sel və daşqınlar nəticəsində 5 nəfər həlak olub.

Həlak olanlardan 4 nəfər Dehloran şəhərində, bir nəfər isə İlamda həyatını itirib. Xuzestan, Lorestan, İlam və Fars əyalətlərində xilasetmə işləri davam edir. Xilasedicilər 20 nəfəri xilas edib.

O da bildirilir ki, 4 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Xatırladaq ki, yağan güclü yağış İranın bəzi əyalətlərində sel və daşqınlara səbəb olub. Hazırda yağıntılar İranın şimal-şərqində sel təhlükəsi yaradıb. Ötən gün paytaxt Tehran ətrafında da sel təhlükəsi yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR