BMT nümayəndəsi: “Azərbaycandakı fəaliyyətimizdə qadın hüquqları xüsusi yer tutur”

BMT nümayəndəsi: “Azərbaycandakı fəaliyyətimizdə qadın hüquqları xüsusi yer tutur”
# 11 may 2016 09:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “BMT-nin Azərbaycandakı fəaliyyətində qadın hüquqları xüsusi yer tutur”.


APA-nın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai deyib. O bildirib ki, dayanıqlı inkişaf məqsədləri ümumbəşəri dəyərə çevrilib: “BMT olaraq qarşımızda belə öhdəlik var ki, hər bir ölkəyə bu məqsədlərin həyata keçirilməsi və yerli şəraitə uyğunlaşdırılması baxımından müvafiq yardım göstərək. Bu yardım nəticəsində hər ölkə dayanıqlı inkişaf məqsədlərini milli-siyasi proqramlar çərçivəsində həyata keçirə bilməlidir. Zənnimcə, 15 illik bir dövrdən sonra Azərbaycanın bu məqsədlərə necə nail olmasını özünüz görəcəksiniz”.

Azərbaycanın hələ 1918-ci ildə qadınlara seçmək, seçilmək hüququ verdiyini xatırladan Q. İsaqzainin sözlərinə görə, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk dövrlərdən mütərəqqi mövqedən çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR