SOCAR 27 il əvvəl vətəndaşın adına verilmiş qərarın ləğv olunması üçün məhkəməyə müraciət edib

SOCAR 27 il əvvəl vətəndaşın adına verilmiş qərarın ləğv olunması üçün məhkəməyə müraciət edib
# 12 avqust 2016 09:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaradağ və Xəzər Rayon İcra hakimiyyətlərinə (RİH) qarşı ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətlərinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə hər iki şikayət üzrə birinci instansiya məhkəməsinin qərarını ləğv edib və işləri yenidən birinci instansiya məhkəmələrinə göndərib.

Qeyd edək ki, ARDNŞ Qaradağ RİH-ə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Müraciətdə icra hakimiyyəti tərəfindən Arzu Rəhimovanın adına verilmiş sərəncamın etibarsız hesab edilməsi istənilib. Məhkəmə iddianı mümkün saymayıb.

2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə etdiyi müraciətdə isə ARDNŞ Xəzər RİH tərəfindən Eyyub Cabbarlının adına 1989-cu ildə verilmiş qərarın ləğv edilməsini istəyib. Həmin iddianı da məhkəmə mümkün saymayıb. Bundan sonra ARDNŞ apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR