Suriyada döyüşlərdə iştirak etmiş şəxslərin şikayətləri təmin olunmayıb

Suriyada döyüşlərdə iştirak etmiş şəxslərin şikayətləri təmin olunmayıb
# 26 aprel 2016 08:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Bəxtiyar Şahbazi, onun oğlu Bəhruz Şahbazi və Sadiq Məmmədzadənin apellyasiya şikayətləri əsasənda məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmə şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məhzəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ilə ittiham ediliblər.

İttihama görə, onlar Suriyadaqanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçiblər, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrəniblər və döyüşlərdə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR