28 May - Respublika Günü Buenos-Ayresdə qeyd olunub - FOTOSESSİYA

 28 May - Respublika Günü Buenos-Ayresdə qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 29 may 2015 08:14 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Argentinadakı Səfirliyi Buenos-Ayresdə yerləşən "Four Seasons" otelində 28 may - Respublika Günü münasibətilə qəbul və “Bakı-2015” Birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Argentina hökuməti adından xarici işlər nazirinin müavini Eduardo Zuain, Xarici İşlər Nazirliyinin dövlət katiblərinin müavinləri Karolina Perez Kolman və Adrian Nador, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin dövlət katibinin müavini Karla Seain, Deputatlar Palatasının sədr müavini Patrisia Ximenez, həmin palatada Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Xulia Perie, digər parlamentarlar, müxtəlif nazirliklərin təmsilçiləri, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik-analitik, işgüzar dairələrin, mədəniyyət, idman sektorlarının, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə olunmuş tərəqqi, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Birinci Avropa Oyunları, bu oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülmüş işlər barədə danışıb.

Çıxışlardan sonra Birinci Avropa Oyunları ilə bağlı video-çarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR