Sabirabadda tövlənin yanması nəticəsində 3 baş iribuynuzlu heyvan tələf olub

Sabirabadda tövlənin yanması nəticəsində 3 baş iribuynuzlu heyvan tələf olub
# 25 iyul 2015 01:30 (UTC +04:00)

Bakı-APA. Sabirabadda 3 baş iribuynuzlu heyvanın tələf olması ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Balakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin qamışdan ibarət tavanı yanıb. Yanğın zamanı tövlədə olan 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub və 1 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR