İstanbulda silahlı insident baş verib, 4 nəfər xəsarət alıb

İstanbulda silahlı insident baş verib, 4 nəfər xəsarət alıb
# 25 iyul 2015 17:44 (UTC +04:00)

Bakı-APA. İstanbulda baş verən silahlı insident nəticəsində 4 nəfər xəsarət alıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Okmeydan rayonunda naməlum şəxslər polis əməkdaşlarına silahlı hücum ediblər.

Nəticədə 3 asayiş keşikçisi və 1 mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR