Gürcüstanın daxili işlər naziri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstanın daxili işlər naziri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb
# 21 aprel 2015 19:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənd Gümrükçü ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə bu barədə Gürcüstan DİN mətbuat xidmətindən bildirilib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq, Gürcüstan DİN tərəfindən həyata keçirilən islahatlar və Gürcüstan qanunvericiliyində aparılan dəyişikliklər barədə müzakirələr aparıb.

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri və Türkiyə səfiri regiondakı vəziyyət, iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlıq perspektivləri, Qara dəniz regionunda təhlükəsizlik məsələlərini müzakirə edib və bu mövzuda Gürcüstan və Türkiyə polis strukturunun rolu barədə fikir mübadiləsi aparıblar. Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin tarixi əhəmiyyəti və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, həmçinin hüquqi islahatların perspektivləri barədə fikirlər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR