Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalının yeni mobil əlavəsini hazırlayıb

Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalının yeni mobil əlavəsini hazırlayıb
# 11 sentyabr 2015 09:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalının yeni mobil əlavəsini hazırlayıb.

APA-Economics”in məlumatına görə, bu barədə Mərkəzin direktoru Nail Mərdanov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın sonuna qədər mobil əlavə “App. Store”da yerləşdiriləcək.

Yeri gəlmişkən, Milli Kart MMC-nin həyata keçirdiyi CİB layihəsi çərçivəsində mobil əlavə yaradıb. “Milli Kart” prosesinq mərkəzinin baş direktoru Cəlal Orucov isə bildirib ki, bununla da, müştərilər mobil telefondan istifadə etməklə istənilən ödənişi, o cümlədən dövlət ödənişlərini ən rahat şəkildə kart vasitəsilə ödəyə biləcək. Onun sözlərinə görə, hazırda CİB vasitəsilə 40-dan çox ödəniş etmək mümkündür: “O cümlədən, Hökumət Ödəniş Portalının hesabına biz dövlət ödənişlərini də qoşmuşuq. Dövlət ödənişlərinin sayı 100-dən çox olduğundan hələlik indiki mərhələdə biz 2 dövlət ödənişini - “Yol hərəkəti haqqında” qanunun pozuntusu üzrə cərimələri və sadələşdirilmiş vergi üzrə ödənişləri mobil əlavəyə qoşmuşuq. Növbəti mərhələdə əlavə ödənişlərin sayı artırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR