Avropa Komissiyası kənd təsərrüfatına 27 mlrd avro həcmində sərmayə yatırılması haqqında proqram qəbul edib

Avropa Komissiyası kənd təsərrüfatına 27 mlrd avro həcmində sərmayə yatırılması haqqında proqram qəbul edib
# 26 may 2015 19:54 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, proqram 2020-ci ilədək dövrü əhatə edir.

“Avropa Komissiyası Aİ iqtisadiyyatının fermer sektorunun rəqabətə davamlılığının möhkəmləndirilməsinə, kənd ərazilərinə qayğının artırılmasına istiqamətlənmiş 24 proqram qəbul edib”, deyə məlumatda bildirilir.

Proqram çərçivəsində 40 min yeni iş yerlərinin açılması nəzərdə tutulub.

Qeyd olunan proqramlar Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, İrlandiya, İtaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyada icra olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR