Boliviyada avtobus dərəyə aşıb, 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Boliviyada avtobus dərəyə aşıb, 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 11 aprel 2015 01:38 (UTC +04:00)

Bakı-APA. Boliviyada avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu İnkisivi əyalətindən Koçabambu şəhərinə yollanırmış.

İlkin ehtimala əsasən, güclü duman olduğundan sürücü idarəetməni itirib və avtobus dərəyə yuvarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR