"Azersky" peykindən Bakı Olimpiya Stadionunun və digər oyun məkanlarının görüntüsü əldə olunub

"Azersky" peykindən Bakı Olimpiya Stadionunun və digər oyun məkanlarının görüntüsü əldə olunub
# 25 iyun 2015 12:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunlarının bitməsinə artıq sayılı günlər qalıb.

“Azərkosmos” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, oyunların keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Mingəçevir Kür İdman və Avarçəkmə Mərkəzləri, Avropa Oyunları Parkı, Kristal Zal, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına Respublika stadionu, Atletlər Kəndi, Bakı Su İdman Mərkəzinin “Azərkosmos” ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki “Azersky” vasitəsilə əldə edilən, bu günə olan ən son görüntüsünü təqdim edib.

“Azərkosmos” ASC-nin tərəfdaş şirkəti “Airbus Defence and Space” şirkətinin operatoru olduğu “Pleiades” peykindən əldə olunan və Bakı Olimpiya Stadionu inşaat prosesinin müxtəlif mərhələlərini əks etdirən təsvirləri də təqdim edilib.

Qeyd edək ki, I Avropa Oyunları zamanı rabitənin davamlılığı və televiziya yayımı “Azərkosmos” ASC-nin operatoru olduğu “Azerspace-1” peykinin resurslarından istifadə etməklə təmin olunmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR