Türkiyənin iri elektrik sistemlərinin Azərbaycandakı rəsmi distributorlarından birinin rəhbəri işdən çıxarılıb

Türkiyənin iri elektrik sistemlərinin Azərbaycandakı rəsmi distributorlarından birinin rəhbəri işdən çıxarılıb
# 22 iyun 2015 08:31 (UTC +04:00)

Bakı - APA-Economics. "Nobel Elektrik" şirkətinin direktoru Əmrah Çimən tutduğu vəzifəni tərk edib.

"APA-Economics"in xəbərinə görə, Ə. Çimən bu addımı öz istəyi ilə atıb.

"2008-ci ildən Azərbaycanda yoluma başladım. Bu müddət ərzində azərbaycanlı dostlarım mənə başqa bir ölkədə olduğumu hiss etdirmədi. Buna görə, bütün dostlarıma minnətdaram", - deyə o qeyd edib.

Türkiyəli mütəxəssis əlavə edib ki, o, vətəninə dönmək qərarına gəlib və işgüzar fəaliyyətinə orada davam edəcək.

Qeyd edək ki, Ə. Çimən "Nobel Elektrik"ə qədər "Hilal Elektrik" şirkətində çalışıb.

"Nobel Elektrik" 2007-ci ildə təsis edilib. Şirkət elektrik, istilik və soyutma sistemləri sahəsində fəaliyyət göstərir və "Aksa" generatorları, "Alarko" istilik və soyutma sistemlərinin rəsmi distributorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR