Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 28 iyul 2015 09:54 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Naxçıvanda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 26-da Naxçıvan Muxtar Respublikası ərazisində Şahbuz rayon sakini Mirəli Seyidov idarə etdiyi “Chevrolet” markalı avtomobili aşırıb.

Nəticədə M.Seyidovun sərnişini, Babək rayon sakini Əyyub Fərzəliyev xəstəxanaya yerləşdirilib və iyulun 27-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR