Azərbaycan paytaxtında yağmursuz hava şəraiti davam edəcək - VİDEO

Azərbaycan paytaxtında yağmursuz hava şəraiti davam edəcək - <span style="color: red;">VİDEO
# 13 mart 2015 09:45 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin gecə və axşam əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR