Zaqatalada 60 yaşlı kişi intihar edib

Zaqatalada 60 yaşlı kişi intihar edib
# 26 avqust 2015 06:52 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda intihar hadisəsi baş verib.

Rayonun hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqustun 25-də günorta saatlarında rayonun Beretbinə kəndində qeydə alınıb. Kənd sakni, 1955-ci il təvəllüdlü Mahama Ramazan oğlu Kulxayevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından asılmış vəziyətdə qohumları tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanları əməkdaşlarıı müayinə və araşdırma aparıblar. 60 yaşlı Mahama Kulxayevin intihar etməsinin səbəbi bəlli deyil. Onun iki övladının olduğu bildirilir.

Faktla bağlı Zaqatala rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR