Bu il Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 14% artıb

Bu il Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 14% artıb
# 27 mart 2015 11:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,3% artaraq 141,7 mln. manat olub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,6%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,4%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu özəl müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 mln. manat artaraq 57,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR