Azərbaycanın Böyük Britaniyadakı səfiri etimadnaməsini Kraliça II Elizabetə təqdim edib - FOTO

Azərbaycanın Böyük Britaniyadakı səfiri etimadnaməsini Kraliça II Elizabetə təqdim edib - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 15:58 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə etimadnaməsini Kraliça II Elizabetə təqdim edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Buckingham sarayında keçirilmiş təqdimat mərasimində səfir Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını Kraliça II Elizabetə çatdırıb və Azərbaycanın Böyük Britaniyada səfiri olmasından şərəf duyduğunu bildirib.

Azərbaycan və Böyük Britaniya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan T.Tağızadə yeni vəzifəsində iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə çalışacağını bildirib.

Kraliça II Elizabet öz növbəsində səfir Tahir Tağızadəni salamlayaraq, ona f​əaliyyətində uğurlar arzulayıb. Kraliça II Elizabet prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, öz növbəsində özünün salamlarının və xoş arzularının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edib. Kraliça ölkələrimiz arasında sağlam təməl üzərində formalaşmış dinamik tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini qeyd edib.

Etimadnamənin təqdim olunmasından sonra bu münasibətlə səfirlikdə ziyafət verilib. Ziyafətdə bir sıra xarici ölkələrin Londondakı səfirləri, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, diplomatik korpusun marşalı və duayeni, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi və ictimai xadimlər iştirak edib.

Tədbirdə çıxış edən diplomatik korpusun marşalı Alister Harrison Azərbaycanın Britaniyadakı yeni səfirinə işlərində uğurlar arzulayıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Səfir Tahir Tağızadə mötəbər günün əhəmiyyətindən bəhs edərək, iki ölkənin etibarlı tərəfdaş olduqlarını söyləyib. Azərbaycanın Britaniya ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirən səfir ikitərəfli əməkdaşlıq üçün enerji kimi ənənəvi sahələrlə yanaşı, təhsil, səhiyyə, maliyyə-bank, turizm, informasiya texnologiyaları kimi yeni sahələrdə də geniş potensialın olduğunu diqqətə çatdırıb, bu əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səy göstərəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR