“İŞİD” 350 uşağa öz düşərgələrində hərbi təlim keçir

“İŞİD” 350 uşağa öz düşərgələrində hərbi təlim keçir
# 16 dekabr 2014 07:27 (UTC +04:00)

APA-nın “ABC News”a istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin müavini Valeri Amos Təhlükəsizlik Şurasının iclasında deyib.

Toplantıda qruplaşmanın sıralarına cəlb olunan uşaqların sayında artım olduğu bildirilib. V. Amos Suriyanın Rakka şəhərindəki “İŞİD” düşərgəsində 350 uşağın təlim keçdiyini söyləyib. Bu uşaqlardan ən kiçiyi 5 yaşındadır.

V. Amos humanitar yardıma ehtiyacı olan uşaqların sayının 4 milyondan 5,6 milyona yüksəldiyini də açıqlayıb: “Uşaqları öldürür, işgəncələrə və seksual zorakılığa məruz qoyurlar”.

Baş katibin müavini BMT-dən Suriyada baş verən kobud insan haqları pozuntularına görə cəzasızlığa son qoymağa və cinayətlərdə əli olanları məsuliyyətə cəlb etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR