Fransada açılan “Azərbaycan şəhərciyində” “Azərsun Holdinq”in məhsulları böyük maraqla qarşılanıb

Fransada açılan “Azərbaycan şəhərciyində” “Azərsun Holdinq”in məhsulları böyük maraqla qarşılanıb
# 22 sentyabr 2014 08:36 (UTC +04:00)

Bakı - APA-Economics. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisin mərkəzində yerləşən San-Sülpis meydanında “Azərbaycan şəhərciyi” təşkil edilib.

“Azərsun Holdinq”dən “APA-Economics”ə verilən məlumata görə, şirkətə məxsus markalarının da sərgiləndiyi şəhərciyin simvolik qırmızı lenti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən kəsilib və parislilərin ixtiyarına verilib.

Azərbaycan mədəniyyətinin, tarixinin və məhsullarının Fransada təbliğ edilməsinə böyük rol oynayan şəhərcikdə çıxış edən Parisin 6-cı rayonunun meri Jan Pyer Lökoq Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib və parislilərin 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Mehriban xanım isə öz çıxışı zamanı mer və qonaqları salamlayaraq bu şəhərciyin Azərbaycanla Fransa arasında olan münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.

Sonra şəhərciyi gəzən mer və Mehriban xanım “Azərçay” stendində çay içiblər və ölkəmizin birinci xanımı ev sahiblərinə “Azərçay” hədiyyə dəsti bağışlayıb. Ölkəmizdə hər kəs tərəfindən sevilən milli markamız Fransa nümayəndə heyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Bundan sonra qonaqlara Azərbaycan çayı barədə geniş məlumat verilib və onlar “Bizim Tarla” mürəbbəsindən dadıblar. Jan Pyer Lökoq bu məhsulun çox gözəl tama malik olduğunu bildirib və həmvətənliləri tərəfindən də böyük rəğbət qazanacağını söyləyib.

Təbii şirələrin sərgiləndiyi stenddə isə Mehriban Əliyevaya və digər qonaqlara 100 faiz təbii olan və artıq ölkə xaricində də hər kəs tərəfindən yüksək qiymətləndirilən “Saville” nar şirəsi təqdim edilib və ev sahiblərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, sentyabr ayının 28-nə kimi fəaliyyət göstərəcək bu şəhərcikdə “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Azərçay”, “Bizim Tarla” mürəbbələri və “Saville” nar şirəsi təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR