Azərbaycan Supsa limanından neftin nəqlini 9% artırıb

Azərbaycan Supsa limanından neftin nəqlini 9% artırıb
# 03 noyabr 2014 14:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabr ayında Supsa limanından 250 220 ton xam neft ixrac edib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,28% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Supsa limanından 2 533 506 ton xam neft ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% çoxdur.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR