Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alan var - VİDEO

Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 30 iyul 2014 21:57 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. İyulun 30-da axşam saatlarında Gəndob-Yalam yolunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Şabran rayonun Ağalıq kəndi ərasindən keçən hissəsində qeydə alınıb. Şabran rayon sakini 1988-ci il təvəllüdlü Mətləb Əhmədovun idarə etdiyi 57 BD 003 dövlət nömrə nişanlı “VAZ 21 06” markalı avtomaşınla Ağdaş rayon sakini 1974-cü il təvəllüdlü Şirinov Zaur Əbdülrəhim oğlunun idarə etdiyi 03 BE 436 dövlət nömrə qeydiyyatlı “Qazel” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 21 06”-nın sürücü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu və ilkin tibbi müayinədən sonra ambulator müalicə üçün evə buraxıldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR