Türkyədəki Azərbaycan diasporu nazir Haydar Koncanın çıxışına etiraz edib

Türkyədəki Azərbaycan diasporu nazir Haydar Koncanın çıxışına etiraz edib
# 03 sentyabr 2015 12:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Türkiyənin yeni hökumətində Avropa Birliyi üzrə nazir postunu tutan HDP təmsilçisi Haydar Koncanın qondarma "erməni soyqırımı" ilə bağlı çıxışına etirazını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlə telefon əlaqəsi yaradan B. Dündar Azərbaycan və Türkiyə ictimaiyyətində böyük etirazla qarşılanmış çıxışına dair H. Koncadan açıqlama istəyib. Nazir isə “soyqırım” kəlməsindən istifadə etmədiyini, o dövrdə hər iki tərəfin bir-birinə qarşı qətliam törətdiyini söylədiyini deyib.

B. Dündar H. Koncanın vaxtilə Muş vilayətində işlədiyini xatırladaraq ötən əsrin əvvəllərində erməni silahlı dəstələrinin həmin bölgədə yerli sakinlərə qarşı törətdiyi zülmlərdən xəbərdar olduğunu bildirib və onu bu məsələni tarixi sənədlərlə müzakirə etmək üçün təşkilatın ofisinə dəvət edib. Muşdakı erməni zülmündən məlumatlı olduğunu etiraf edən H. Konca yaxın vaxtlarda TADEF-ə gələcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR