İranda on nəfər türkü azadlığa buraxıblar

İranda on nəfər türkü azadlığa buraxıblar
# 06 yanvar 2010 22:30 (UTC +04:00)
Bakı- APA. İranda altı gün idi ki, on nəfər türk saxlanmışdı. APA-nın “haber.türk”-ə istinadən verdiyi məlumata görə, İran İslam Respublikası hərbçiləri tərəfindən saxlanılan on nəfər türk ötən axşam avtomobilləri ilə birlikdə sərbəst buraxılıb.

Ötən il dekabrında Türkiyənin Yüksəkova bölgəsindən ticarət məqsədi ilə Əsəndərə sərhəd bölgəsindən İrana keçən on nəfər Qərbi Azərbaycan əyalətinin Urmiya rayonu ərazisindəki Gorani kəndinin girişində yerləşən hərbi məntəqədə saxlanılıb.

İran rəsmiləri bildirib ki, Yüksəkovadakı nümayiş zamanı iranlıların şüşələri qırılan avtobuslarının zərəri ödənərsə və türklər rəsmi olaraq 9 min türk lirəsi təzminat ödəsələr, azadlığa buraxılacaqlar. Altı günə yaxın İranda saxlanılan Nüsrət Altəkin, Niyazi Altörə, Fəxrəddin Düzən, Nəcməddin Baltaçı, Cəfər baltaçı, Enver Baltaçı, Necməddin Diri və Fərşad Böyüksu, həmçinin adları açıqlanmayan daha iki nəfər ötən gün azadlığa buraxılıblar. Əsəndərə Gömrük-Keçid Məntəqəsindən yeddi nəfər Türkiyə vətəndaşı çıxandan sonra 3 nəfərin isə iş səbəbindən İranda qaldığı bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR