Bakı sakinindən 3 kq-dan çox narkotik götürülüb

Bakı sakinindən 3 kq-dan çox narkotik götürülüb
# 14 mart 2016 10:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Rövşən Məhərrəmovdan 3 kq 10 q marixuana aşkar olunub.

Onun yaşadığı evin həyətinə baxış zamanı isə əlavə olaraq 5 ədəd çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR