Quam adasında ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb

Quam adasında ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
# 19 may 2016 02:51 (UTC +04:00)

Bakı-APA. Quam adasında ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, insident B-52 bombardmançı təyyarənin havaya qalxdığı zaman baş verib.

Hərbi-Hava Qüvvələrinin nümayəndələri təyyarənin göyərtəsində 7 ekipaj üzvünün olduğunu və onların sağ qaldıqlarını bildiriblər.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR