Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttində erməni əsgəri ölüb

Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttində erməni əsgəri ölüb
# 15 may 2016 06:11 (UTC +04:00)

Bakı-APA. Ermənistan Silahlı Qüvvələri cəbhədə itki verib. APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, təmas xəttində baş vermiş atışma nəticəsində Ermənistan ordusunun 25 yaşlı müqaviləli hərbi qulluqçusu Aram Vaqinakoviç Ohanyan ölüb. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.

Erməni əsgərinin Ermənistan və Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində yerləşən təmas xəttində baş vermiş atışma zamanı öldürüldüyü bildirilir.

Qeyd edək ki, əldə edilən razılaşmaya baxmayaraq erməni tərəf atəşkəs rejimini pozaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində təxribatlar törətməkdə davam edir. Azərbaycan ordusunun cavab atəşi ilə düşmən susdurulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR