Azərbaycanda nikaha daxil olmaq istəyən 130 min nəfər icbari tibbi müayinədən keçib

Azərbaycanda nikaha daxil olmaq istəyən 130 min nəfər icbari tibbi müayinədən keçib
# 06 may 2016 14:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin may ayının əvvəlinə qədər müayinədən 130 min nəfər keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 1 iyun 2015-ci il – 30 aprel 2016-cı il tarixlərindən müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkarlanıb. Müayinədən keçmiş 6921 nəfərdə talassemiya daşıyıcılığı, 415 nəfərdə sifilis, 75 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR