Mahmud Məmmədquliyev: “Ermənistanın məqsədi beynəlxalq ictimaiyyəti çaşdıraraq məsuliyyətdən qaçmaqdır”

Mahmud Məmmədquliyev: “Ermənistanın məqsədi beynəlxalq ictimaiyyəti çaşdıraraq məsuliyyətdən qaçmaqdır”
# 18 may 2016 19:53 (UTC +04:00)

Bakı-APA. Ermənistan Azərbaycanın ərazisini işğal etməklə, eləcə də geniş miqyasda etnik təmizləmə aparmaqla Azərbaycana qarşı müharibə və zorakılıqdan istifadə edilməsinə görə tam məsuliyyət daşıyır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Şurasının Nazirlər Komitəsinin 126-cı sessiyasında çıxış edərkən deyib.

Nazir müavini bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi Avropa Şurası Parlament Assambleyasının 1416-cı qətnaməsi (2005-ci il) ilə pislənilir: “Qətnamədə qeyd edilir ki, “üzv dövlət tərəfindən xarici ölkə ərazisinin işğal edilməsi Avropa Şurasına üzv ölkənin öhdəliklərinin ağır şəkildə pozulmasıdır...”. Təəssüf edirik ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz geri çəkilməsinə çağıran qətnamələri hələ də icra edilməmiş qalır”.

Mahmud Məmmədquliyev həmçinin bildirib ki, aprelin 2-də Ermənistan Silahlı Qüvvələri cəbhəyanı əraziyə bitişik, əhalinin sıx məskunlaşmanın olduğu ərazidə yaşayan mülki əhalini hədəf seçərək Azərbaycan ordusunun mövqelərini təmas xətti boyunca ağır silahlardan atəşə tutub: “Ermənistanın artilleriya hücumları nəticəsində azyaşlılar da daxil olmaqla mülki şəxslər ölüb və yaxud yaralanıb. Yaşayış binaları, evlər, məktəblər, uşaq bağçaları və digər mülki infrastruktur dağıdılıb və ya zərər görüb. Qeyd edilməlidir ki, təmas xəttinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən nəzarət edilən hissəsi boyunca sıx məskunlaşma olduğu halda, digər tərəfdə, təmas xəttinin Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilən hissəsində mülki şəxslər yaşamır. Buna görə də, Ermənistan tərəfindən mülki şəxslərin öldürülməsi ilə bağlı ittihamlar əsassızdır və yeganə məqsədi beynəlxalq ictimaiyyəti çaşdıraraq məsuliyyətdən qaçmaqdır. Öldürülən 85 erməni hərbi qulluqçusundan 65-i Ermənistan Respublikasının vətəndaşıdır. Bu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzdə məsuliyyət daşıdığının daha bir sübutudur”.

Nazir müavini qeyd edib ki, 2016-cı il aprelin 5-də Azərbaycan və Ermənistan arasında atəşkəsin razılaşdırılmasına baxmayaraq, Ermənistan Azərbaycanın kənd və şəhərlərinə zərbələr endirərək bu razılaşmanı pozur: “Ermənistanın təcavüzkar fəaliyyətinin səbəb olduğu son gərginlik beynəlxalq və regional sülh və təhlükəsizliyi ciddi çağırışa məruz qoyur. Biz beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquq və atəşkəs rejimini pozmağa görə qınamağa, 2016-cı il aprelin 5-dəki atəşkəs öhdəliklərinə sadiq qalmağa tələb etməyə və digər siyasi məsələlərin həll edilməsinə yol açacaq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində çıxarılmasına dair danışıqlarda konstruktiv iştirak etməyi tələb etməyə çağırırıq. Münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həll edilə bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR