Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır
# 10 may 2016 14:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul üçün proqram seçimi başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar 10 may saat 23:59-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Elektron ərizəsinə daxil olaraq məlumatlarını qeyd edən 8644 bakalavrdan yalnız 8477 nəfəri qəbul proqramını seçərək təsdiq edib. Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 5 iyun 2016-cı ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Qeyd edək ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə yazı işi yazmaq tələb olunur) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR