“Kapital Bank”ın dəstəyi ilə baş tutan təhsil proqramı üzrə ilk dərslər keçirilib

“Kapital Bank”ın dəstəyi ilə baş tutan təhsil proqramı üzrə ilk dərslər keçirilib
# 13 may 2016 09:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Ölkəmizdə təhsilin inkişafına mühüm önəm verən “Kapital Bank”ın və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan üçün Öyrət” təhsil proqramı keçirilir. Bankdan “APA-Economics”ə verilən xəbərə görə, layihə çərçivəsində Lənkəranda, Qubada, Şəkidə və Gəncədə ilk akademik dərslər və fərdi inkişaf təlimləri keçirilib.

Ümumilikdə 17 məktəbin əhatə olunduğu dərs və təlimlərdə 400-dən çox şagird iştirak edib.

Akademik dərslər zamanı şagirdlərin ingilis və Azərbaycan dili müəllimləri ilə ilkin tanışlığı baş tutub. Müəllimlər şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edib və qrup oyunları keçirib.

Təlimlər "ixtisas seçimi" və "oxumaq həvəsi" mövzuları üzrə tədris olunub. Təlimçilər həm şagirdləri bu mövzuların əsas anlayışlarıyla tanış edib, həm də şəxsi təcrübələrini onlarla bölüşüb. Komanda oyunları təlimə xüsusi rəng qataraq şagirdlərə öyrəndiklərini dərk etməkdə yardımçı olub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR