Hindistanda sərnişin avtobusu dərəyə düşüb, 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb

Hindistanda sərnişin avtobusu dərəyə düşüb, 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb
# 20 may 2016 22:35 (UTC +04:00)

Bakı-APA. Hindistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkənin şimalındakı Himaçal-Pradeş ştatında qeydə alınıb.

Yeddi nəfərin hadisə yerində öldüyü, xəsarət alanların xəstəxanaya çatdırıldığı bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, avtobus hərəkətdə olarkən mobil telefonla danışan sürücü idarəetməni itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR