Azərbaycan Ordusunun şəhid olan hərbçisi Şirvanda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Şirvanda dəfn edilib
# 13 may 2016 14:53 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri dəfn edilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 20 yaşlı Rahil Rafiq oğlu Ərəbli doğulduğu Şirvan şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhidin əsgər yoldaşları, doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Rahil Rafiq oğlu Ərəbli mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada şəhid olub.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR