Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Natiq Həmdulla oğlu Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, N. Əzizova fəxri ad dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.