Ermənistan ordusunun daha bir generalı vəzifəsindən azad olunub

Ermənistan ordusunun daha bir generalı vəzifəsindən azad olunub
# 23 may 2016 15:05 (UTC +04:00)

Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi, Melsik Çilinqaryan vəzifəsindən azad edilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, ötən ayın sonlarında S. Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib. Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR