“AXA Mbask” regionlarda “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verib

“AXA Mbask” regionlarda “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verib
# 04 may 2016 08:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Təhsil Nazirliyi və “community.az”ın dəstəyi, “AXA Mbask” sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Şəki və Quba şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular üzrə təlimlər keçirilib.

Təlimlərdə artıq 350 nəfərdən çox iştirakçı yer alıb. İştirakçılar arasında Şəki şəhəri 5, 8, 10, 11 və 14 saylı tam orta məktəb və Quba şəhəri 1, 2, 3 və 5 saylı tam orta məktəbin valideyn, şagird və müəllimləri daxildir. Təlimlər “community.az” – məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqlar tərəfindən keçirilib.

Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyət qurmaqdan, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaradaraq, tədrisin səmərəliyinin artırılmasından ibarətdir.

“AXA Mbask” sığorta üzrə dünya lideri “AXA Qrupu”nun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşünə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR