Hicran Hüseynova: "Beynəlxalq ictimaiyyət təcavüzkardan konvensiyalara əməl etməyi tələb etməlidir"

Hicran Hüseynova: "Beynəlxalq ictimaiyyət təcavüzkardan konvensiyalara əməl etməyi tələb etməlidir"
# 26 aprel 2016 15:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ermənilərin hücumlarından günahsız insanlar çox əziyyət çəkir. Aprelin əvvəllərində baş vermiş silahlı hücumlar zamanı məktəblər, xəstəxanalar da daxil olmaqla 232 yaşayış məntəqəsi darmadağın olub, iki uşaq ölüb”.

APA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsini sədri Hicran Hüseynova Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu” mövzusundakı müzakirələrdə çıxışı zamanı deyib.

H. Hüseynova hücumların indi də davam etdiyini bildirib: "Beynəlxalq ictimaiyyət təcavüzkardan beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə əməl etməsini tələb etməlidir. Mülki itkilərin qarşısının alınması üçün beynəlxalq ictimaiyyət əlindən gələni etməlidir".

H. Hüseynova Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı iş təcrübəsinin olduğunu da diqqətə çatıdırb: “Münaqişələr zamanı xüsusən qadın və uşaqlar psixoloji təzyiqq altında olurlar. Bu gün onlar cəmiyyətə reinteqrasiyası istiqamətidə çox işlər görülüb. Azərbaycan onların təhsil, normal həyat şəraitini təmin etmək üçün əlindən gələni edir. Bu, təhsil imkanlarının genişlənirilməsi, qadınların kiçik və orta biznesə cəlb edilməsi şəklində ök əksini tapır”.

Hicarn Hüseynova əlavə edib ki, həyata keçirilən tədbirlər nəticəsində qaçqınlar arasında yoxsulluq əhəmiyyətli dərəcədə azalıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR