"Xalq Bank"ın öhdəlikləri 1,4 mlrd. manata yaxınlaşır

"Xalq Bank"ın öhdəlikləri 1,4 mlrd. manata yaxınlaşır
# 03 may 2016 15:04 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ildə “Xalq Bank” aktivlərini artırıb. “APA-Economics” xəbər verir ki, 2014-cü illə müqayisədə ötən il bankın aktivləri 25,9% artaraq 1 mlrd. 580,360 mln. manat təşkil edib.


Hesabat dövründə kredit portfeli 1 mlrd. 288,534 mln. manat olub ki, bu da 2014-cü illə müqayisədə 24,35% artım deməkdir.

Öhdəliklərin həcmi isə 31% artaraq 1 mlrd. 371,120 mln. manata çatıb.


"Xalq Bank"ın nizamnamə kapitalı 2014-cü illə müqayisədə 7,4% artaraq 211 mln. 646,490 min manat, məcmu kapitalı isə 0,3% artaraq 209 mln. 239,949 min manat təşkil edib.

Bank ötən ili 598 min 950 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR