Bakı. Şəhriyar Əlizadə - APA. Bərdə rayonunda mənzildə partlayış baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də saat 01 radələrində Bərdə rayonunun Muğanlı kəndində yaşayan Həqiqət Hüseynovanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Yanıq xəsarəti almış H.Hüseynova xəstəxanaya yerləşdirilib.