Azərbaycanlı tələbələr Moskvada müsiqi müsabiqəsinin qalibi olublar

Azərbaycanlı tələbələr Moskvada müsiqi müsabiqəsinin qalibi olublar
# 13 may 2016 00:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva Avtomobil Yolu Dövlət Texniki Universitetində ("MADİ") "Mənim ölkəm" müsiqi müsabiqəsi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ənənəvi olaraq hər il keçirilən müsabiqədə Rusiya, Azərbaycan, Çin, Vyetnam, Ermənistan, Suriya, İraq, Türkmənistan və digər ölkələrdən olan tələbələri iştirak ediblər.

"Mənim ölkəm" müsiqi müsabiqəsinin bu ilki qalibi Azərbaycandan olan tələbələr olub. MADİ-nin Azərbaycandan olan tələbəsi Orxan Əhmədov xalq mahnısı "Sarı gəlin"i ifa edərək birinci yerə sahib olub.

"Azərbaycan" xalq rəqsi instrumental-xoreoqrafik ansamblı isə milli rəqs nominasiyası üzrə birinci yeri tutub.

Qalib gəlmiş tələbələrə mükafatları MADİ-nin xarici tələbələrlə iş üzrə Mərkəzin direktoru Oleq Latınin təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR