Obama Xirosimaya tarixi səfər edəcək

Obama Xirosimaya tarixi səfər edəcək
# 11 may 2016 03:32 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Yaponiyanın Xirosima şəhərinə tarixi səfər edəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Ağ Evin məlumatına əsasən, səfər mayın sonuna planlaşdırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri aprelin sonunda Xirosimaya səfər edərək, 1945-ci ildə şəhərə atılan nüvə bombasının partlaması nəticəsində ölən minlərlə dinc sakinin xatirəsinə salınmış Sülh parkına baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR