“DəmirBank” əmanətlər üzrə illik gəliri 17%-dək artırıb

“DəmirBank” əmanətlər üzrə illik gəliri 17%-dək artırıb
# 15 avqust 2016 14:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “DəmirBank”da əmanət yerləşdirilmiş müştərilər illik 17%-dək gəlir əldə edə bilərlər. Banka 1 ay müddətinə yerləşdirilmiş manat əmanətləri üzrə illik 11%, 1 illik əmanətlərə isə illik 15% təklif edilir ki, bu da müştərilərə qısa müddətdə də gəlirlərini artırmağa imkan yaradır.

Bu kampaniyadan istənilən şəxs minimum 100 manat ilkin mədaxil edib əmanət hesabı açdırmaqla yararlana bilər. Əmanət hesabını isə “DəmirBank”ın istənilən filialında açdırmaq mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda məbləğindən asılı olmayaraq qorunan manat əmanətləri üzrə faiz dərəcəsinin yuxarı həddi 12% təşkil edir. Müştərinin istəyinə əsasən əmanət sığortalanan faiz dərəcəsi ilə də yerləşdirilə bilər.

Qeyd edək ki, “DəmirBank” ASC-nin nizamnamə kapitalının 50 000 000 manat artırılması qərarı verilib. Əlavə səhm emissiyası nəticəsində “Dəmirbank”ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çevriləcək. Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR