Avropa çempionatının final mərhələsinin ilk təyinatları açıqlanıb

Avropa çempionatının final mərhələsinin ilk təyinatları açıqlanıb
# 04 may 2016 08:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin I turunun ilk oyun gününün hakimləri, hakim-inspektor və UEFA nümayəndələri bəllidi.

Təyinatları açıqlanan A və B qrupunun qarşılaşmaları arasında Azərbaycan yığmasının oyunu da var. Millimizin Portuqaliya ilə görüşünün baş hakimi polşalı Bartoş Frankovski olacaq.

Turnirin ilk fitini isə B qrupunun Avstriya ilə Bosniya və Herseqovina arasında matçını idarə edəcək çexiyalı Petr Ardeleanu çalacaq.

İlk oyun günündə Azərbaycan təmsilçiləri də iş başında olacaqlar. FİFA hakimlərimizdən Əliyar Ağayev Ukrayna – Almaniya, Orxan Məmmədov isə Belçika – Şotlandiya görüşündə dördüncü hakim olacaq. Ağayevin işinə həmin matçın hakim-inspektoru Asim Xudiyev qiymət verəcək.

I tur

B qrupu

14:00. Avstriya – Bosniya və Herseqovina

Baş hakim: Petr Ardeleanu (Çexiya)

Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr)

Dördüncü hakim: Alen Duro (Lüksemburq)

UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı Olimpiya Stadionu

17:00. Ukrayna – Almaniya

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları)

Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycann)

UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)

Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)

8-ci km qəsəbə stadionu

5 may

A qrupu

19:00. Belçika – Şotlandiya

Baş hakim: Peter Kraloviç (Slovakiya)

Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan)

Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)

UEFA nümayəndəsi: Lüdovik Mikallef (Malta)

Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

8-ci km qəsəbə stadionu

20:00. Azərbaycan – Portuqaliya

Baş hakim: Bartoş Frankovski (Polşa)

Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova)

Dördüncü hakim: Sergeyus Sliva (Litva)

UEFA nümayəndəsi: Rudolf Zavri (Sloveniya)

Hakim-inspektor: Mark Batta (Fransa)

Bakı Olimpiya Stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR