Zakir Həsənov cəbhə zonasında yerləşən hərbi hissələrin zabit heyəti ilə toplantı keçirib

Zakir Həsənov cəbhə zonasında yerləşən hərbi hissələrin zabit heyəti ilə toplantı keçirib
# 27 aprel 2016 17:33 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı Müdafiə nazirinə məruzələr edilib.

Z. Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla, şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR